Azərbaycan Təhsil Nazirliyi birbaşa tabeliyində olan təhsil müəssisələrində yeməklə təminatı işlərinə 9 mln. manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunan materiallara əsasən, nazirlik birbaşa tabeliyində olan təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun dövlət təminatındakı təhsilalanların 2019-cu ilin may-dekabr ayları ərzində yeməklə təminatı məqsədilə “TAİS İKF” MMC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 9 mln. 28,649 min manatdır. **
B.Rüstəmbəyov