Azərbaycanda dövlət və özəl sektor ölkədə maliyyə texnologiyalarının tətbiqini birgə inkişaf etdirmək niyyətindədir.
Cümə axşamı Bakıda Maliyyə və Texnologiyalar Sammiti çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, “Azərbayan Banklar Assosiasiyası” İctimai Birliyi və İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktor Vüsal Qasımlı “İnterfaks-Azərbaycan”a bəyan edib ki, Memorandumun əsas vəzifəsi ölkədə maliyyə texnologiyalarının tətbiqini birgə inkişaf etdirməkdən ibarətdir. “Maliyyə texnologiyalarının tətbiqi yalnız dövlətin fərmanları və tənzimləyici tədbirlədən ibarət məsələ deyil. Bank sistemini hazırlamaq, məlumat və təcrübə mübadiləsi həyata keçirmək, həmçinin əhalinin maliyyə savadlığını artırmaq lazımdır. Bu sadəcə dövlət-özəl sektorun tərəfdaşlığı vasitəsilə ilə mümkündür ki, qeyd olunan Memorandum bunu nəzərdə tutur”, - V.Qasımlı qeyd edib. **
Ə.Məmmədov