Azərbaycan 2019-cu ilin yanvar-aprel aylarında ərzaq məhsullarının idxalını 18,9% - $530 mln. 116,7 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 518,704 min ton (artım 27,5%) buğdanın ($117 mln. 79,98 min), 155,981 min ton (artım 11,4%) meyvə-tərəvəz məhsullarının ($80 mln. 352,92 min), 16,677 min ton (artım 23,8%) ətin ($23 mln. 796,57 min), 51,205 min ton (azalma 14,3%) bitki və heyvan mənşəli yağların ($42 mln. 689,4 min) payına düşüb.
2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana $20 mln. 587,83 min dəyərində 4 min 115,19 ton kərə yağı (azalma 4,8%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 11,65%-i ərzaq məhsullarının payına düşüb.*
N.Abbasova