Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ prezidentinin xüsusi köməkçisi, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya ilə əlaqələr üzrə direktoru Fiona Hill ilə Qarabağ münaqişəsinin nizamlanması və Ermənistan-Amerika qarşılıqlı əlaqələri müzakirə edib.
A.Qriqoryan ABŞ-da işgüzar səfərdədir.
“Ermənistanın Təhlükəsizlik Şurasının katibi Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində ABŞ-ın mühüm rolunu qeyd edib. Tərəflər Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin vacibliyini bəyan ediblər”, - Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatında deyilir. **