Prezident İlham Əliyev bu gün Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin etimadnaməsini qəbul edib.
“Əliyev və Kanevski Azərbaycan-Ukrayna münasibətlərinin müxtəlif aspektləri, o cümlədən ticarət dövriyyəsi, iqtisadi əməkdaşlıq, sərmayə qoyuluşu, mədəni əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıb”, - deyə dövlət başçısının saytında məlumat verilir.
Yeni təyinata qədər V.Kanevski Ukrayna Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiya Departamentinin direktoru vəzifəsində çalışıb.*
F.İsazadə