Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin mayın 20-də keçiriləcək inauqurasiya mərasimində Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edəcək. Bu barədə “İnterfaks-Ukrayna” məlumat verir
ABŞ-ın nümayəndə heyətinə energetika naziri Rik Peri rəhbərlik edəcək.
Bundan başqa, Polşanın nümayəndə heyətinə xarici işlər naziri Yatsek Çaputoviç rəhbərlik edəcək.
Mərasimdə Litva prezidenti Dalya Qribauskayte, Macarıstan pörezidenti Yanoş Ader, Latviya prezidenti Raymonds Veyonis, Estoniya prezidenti Kersti Kalyulayd, Gürcüstan prezidenti Salome Zurabişvili iştirak edəcəklər.
Moldaviyanı baş nazir Pavel Filip təmsil edəcək.
Türkiyə vitse-prezident Fuat Oqtay tərəfindən təmsil olunacaq. **
R.Babayev