2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 17 mlrd. 72 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 5,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yanvar-aprel aylarında Azərbaycanda orta illik inflyasiya 2,4% təşkil edib.
Statistik məlumatlara görə, cari ilin yanvar-aprel aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 4,6% - 1,729 min manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 15 mlrd. 660,9 mln. manat qalır ki, bu da 2018-ci ilin yanvar-aprel aylarının göstəricisindən 5,4% çoxdur.
2018-ci ildə əhalinin nominal pul gəlirləri 9,2% artıb.*
B.Rüstəmbəyov