“AccessBank” iyunun 11-də sahibkarlarla vergi və gömrük məsələlərinin müzakirəsi məqsədilə biznes forum təşkil edir.
“Biznes forum paralel olaraq iki paneldən ibarət olacaq. İştirakçılar - “Vergilər” və “Gömrük” qruplarından sahibkarlar “AccessBank”ın əmkdaşlarından, bu sahədə ixtisaslaşmış ekspertlər və BIG-4 firmasının nümayəndələri cavablar alacaqlar”, - bankın məlumatında qeyd olunur.
Forum 15:00-da başlanacaq və 17:00-da başa çatacaq. “Tədbirdə iştirak arzusunda olan sahibkarlar onlayn rejimdə qeydiyyatdan keçməlidirlər”, - məlumatda vurğulanır.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları xarici banklar və maliyyə institutlarıdır. Bu ilin mart ayında bank səhmdarların yeni tərkibinin formalaşdırıması prosesinin başa çatdığını elan edib.**
A.Əzizov