2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda 12 mln. 445,6 min ton neft hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-aprel aylarında 12 mln. 413,8 min ton (azalma 3%) əmtəəlik neft hasil edilib.
“Hesabat dövründə neft hasilatının azalması aprelin 15-də planlaşdırılmış təmir işləri səbəbindən “Azəri-Çıraq-Günəşli” yatağının “Mərkəzi Azəri” platformasında hasilatın müvəqqəti dayandırılması ilə əlaqədardır”, - deyə məlumatda bildirilir.
Yanvar-aprel aylarında Azərbaycanda 11 mlrd. 637,5 mln. kubmetr qaz hasil olunub (2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə artım 25,4%). Bununla belə, hesabat dövründə əmtəəlik qazın hasilat həcmi 8 mlrd. 41,9 mln. kubmetr (artım 43,5%) təşkil edib.
2018-ci ildə respublikada 38 mln. 758 min ton neft və 30 mlrd. 592,2 mln. kubmetr qaz hasil olunub.*
N.Abbasova