2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 240,1 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada sement istehsalında 5,2% - 996,3 min tonadək, hazır beton qarışığı istehsalında 11,7% - 423,3 min tonadək artım qeydə alınıb.
Bundan başqa, asfalt istehsalı 2,2 dəfə - 80,6 min tonadək, tikinti kərpici istehsalı 69,8% - 135,1 min kubmetrədək, sement, süni daş və betondan tikinti blokları və kərpic, süni daş və ya beton istehsalında 73,7% - 44 min tonadək, işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 53,3% – 7,654 min tonadək, tikinti gipsi istehsalı 41,5% - 13,1 min tonadək artıb.
Eyni zamanda, yanvar-apreldə tikinti əhəngi istehsalında 61,8% - 1,9 min tonadək, beton konstruksiya istehsalında 52,5% - 14,1 min kubmetrədək azalma qeydə alınıb.**
B.Rüstəmbəyov