2019-cu ilin birinci rübündə Azərbaycan 8 mln. 177 min ton neft ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 0,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $3 mlrd. 694 mln. 675,4 min (azalma 3,2%) təşkil edib”, - deyə məlumatda bildirilir.
2019-cu ilin I rübündə Azərbaycan 3 mlrd. 467,6 mln. kubmetr qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,1% çoxdur.
Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $623 mln. 920,6 min (artım 1,6 dəfə) təşkil edib.
2018-ci ildə Azərbaycan $16 mlrd. 345,52 mln. dəyərində 32 mln. 651,1 min ton neft və $1 mlrd. 705 mln. 668,6 min dəyərində 9 mlrd. 914,9 mln. kubmetr təbii qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyəyə ixrac olunur.*
N.Abbasova