Cari ilin yanvar-mart aylarında Rusiyaya 6,4 mln. xarici vətəndaş səfər edib. Onların 470 min nəfərə yaxını turizmi səfərlərinin məqsədi olaraq göstəriblər ki, bu da 2018-ci illə müqayisədə 24,2% çoxdur.
RF FTX Sərhəd Xidmətinin statistik məlumatına görə, I rübdə Rusiyaya 6,4 mln. əcnəbi səfər edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,6% çoxdur. Qonaqların böyük hissəsi - 1,7 mln. nəfər (-10,4%) Ukraynadan olub. Qazaxıstan 870 min nəfərlə (+2,5%), Özbəkistan isə 634,7 min nəfərlə (+15%) liderlər sırasına daxil olub. İlk beşliyi Tacikistan (389 min nəfər) və Çin (342 nəfər) bağlayıb.
İlk onluğa Azərbaycan, Qırğızıstan, Finlandiya, Ermənistan və Polşa da daxil olub.*