2019-u ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4% - 1 mlrd. 19,1 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə birbaşa qovulan benzin istehsalı 41,8% - 104,2 min tonadək, kerosin istehsalı 2,6% - 196,5 min tonadək, dizel yanacağı istehsalı 2,1% - 682 min tonadək, soba mazutu istehsalında 9,4% - 25,7 min tonadək artıb.
Yanvar-aprel aylarında avtomobil benzini istehsalı 4% - 397,7 min tonadək, neft bitumu istehsalı 42,2% - 49,2 min tonadək, sürtkü yağı istehsalı 70% - 5,4 min tonadək, neft koksu istehsalı 7,2% - 81,8 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.**
N.Abbasova