Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 təchizatçı ilə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatına dair 28,6 mln. manat dəyərində müqavilələr imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Bu proqramın həyata keçirilməsi nəticəsində qanunvericiliyə uyğun şəkildə notarial orqanlar vasitəsilə alqı-satqı aparılaraq 4 mln. manat vergi dövlət büdcəsinə ödənilib”, - deyə məlumatda bildirilir.
2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə artıq olmaqla 626 bu kateqoriyadan olan vətəndaş mənzil və fərdi evlərlə təmin edilib.
“Bu il üçün 800-dən artıq şəhid ailəsi və müharibə əlilinin mənzil və fərdi evlərlə təmin edilməsi planlaşdırılır”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev