Prezident İlham Əliyev bu gün Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı, heykəltəraş Zurab Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Z.Sereteli Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.*
F.İsazadə