2019-cu ilin I rübündə Azərbaycana kondisioner idxalı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2,8 dəfə - 21,772 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $5 mln. 617,6 min məbləğində (artım 1,8 dəfə) qiymətləndirilir.
I rübdə Azərbaycana $15 mln. 675,8 min dəyərində (artım 24,7%) 115,2 min ədəd (artım 48,5%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 13,9% - 40,161 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $8 mln. 115,7 min (artım 9,5%) təşkil edir.*
B.Rüstəmbəyov