2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 252,1 min kvadratmetr təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 14,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Aprel ayında 175,6 min kvadratmetr yaşayış sahəsi istismara verilib.
Statistik məlumatlara görə, hesabat dövründə yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 350,7 mln. manat (artım 44%) təşkil edib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 mln. 84,7 min kvadratmetr təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 3,3% çoxdur.
Ötən il yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 mlrd. 318,8 mln. manat (artım 32,3%) təşkil edib.*
N.Abbasova