2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 mlrd. 281,4 mln. manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 3,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 1 mlrd. 203,1 mln. manat məbləğində heyvandarlıq, 78,3 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,9%, bitkiçilik məhsullarının istehsal həcmi 22,2% artıb.
Bundan başqa, yanvar-aprel aylarında respublikada 166,1 min ton ət (artım 3%), 649,8 min ton süd (artım 2,1%), 597,8 mln. ədəd yumurta (artım 3,1%) istehsal edilib.
Yanvar-aprel aylarında istixana təsərrüfatlarından 91,6 min ton tərəvəz yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3% çoxdur.
Hesabat dövründə 40,6 min ton kartof (artım 3,5 dəfə) yığılıb.
2018-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4,6% artıb.*
B.Rüstəmbəyov