Səhiyyə Nazirliyi Bakıda iki tibb müəssisəsinin tibbi avadanlıqlarla təchizatına 5,7 mln. manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, nazirlik “Arash Medical Company” ilə sözügedən işlərin yerinə yetirilməsi haqqında müqavilə bağlayıb.
Birinci müqavilə Maştağa qəsəbəsində 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tibbi avadanlıqlarla təchizatını (dəyəri 2 mln. 223,235 min manat), ikinci müqavilə Bakı şəhərində Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Sümük Vərəm Xəstəlikləri Sanatoriyasının tibbi avadanlıqlarla təchizatını (dəyəri 3 mln. 502,873 min manat) nəzərdə tutur.*
R.Babayev