“PAŞA Bank” iki şirkətlə ümumilikdə $50 mln. manatadək məbləğdə sindikatlaşdırılmış kreditin verilməsi ilə bağlı danışıqlar aparır. Bu barədə bankın İdarə Heyətinin sədri Taleh Kazımov məlumat verib.
“Keçən il bank artıq bir sindikatlaşdırılmış kredit təşkil edib. Bu il biz iki tərəfdaşımızla danışıqlar aparırıq. Kreditlərin ümumi məbləği $40-50 mln.-u ötməyəcək”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
2018-ci ildə “PAŞA Bank” “Azerbaijan International Mining Company Limited” (“Anglo Asian Mining plc”-nin (ААМ) törəməsi) üçün $15 mln. məbləğində sindikatlaşdırılmış kreditin təşkilatçısı olub. Vəsait 2 il müddətinə və illik 7% dərəcəsi ilə verilib.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “PASHA Holding”in strukturuna daxildir.*
Ə.Məmmədov