2020-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi nəzdində DOST mərkəzlərinin regional şəbəkəsinin tikintisi başlayacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
Cari il mayın 9-da Yasamal rayonunda ilk DOST mərkəzinin açılışı olub. Azərbaycan prezidenti İlham Əliyev mərkəzin açılış mərasimində iştirak edib.
2019-cu ilin sonunadək həmçinin paytaxtın Binəqədi, Nizami və Xəzər rayonlarında DOST mərkəzlərinin açılışı olacaq.
2019-2025-ci illərdə respublikada 31 DOST mərkəzi, həmçinin Bakıda 5, Sumqayıt və Gəncədə hər birində 2 mərkəzin açılışı planlaşdırılır.
DOST mərkəzlərində vətəndaşlara 126 müxtəlif növ sosial xidmətlər göstəriləcək, bunların 91-i elektron formada olacaq. Hazırda DOST mərkəzində 20-dən artıq elektron xidmət göstərilir. **
R.Babayev