Bakı və Karakas Azərbaycanın Venesuelada səfirliyinin açılması üzrə danışıqlar aparır. Bunu Venesuelanın Bakıdakı səfiri Kristofer Berroteran deyib.
“Venesuelada Azərbaycan səfirliyinin açılması, o cümlədən iqtisadiyyat, mədəniyyət sahələrində əlaqələrin dərinləşməsi üzrə danışıqlar aparırıq", - Berroteran Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət əlaqələrinin əsasını energetika, ilk növbədə neft sektoru təşkil edir. **
F.İsazadə