"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 10 il ərzində neft mədənlərinə xidmət məqsədilə 56 yeni gəmi inşa edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a “Dəniz Mühəndislik Bürosu” şirkətindən məlumat verilib.
“Hazırda ASCO Azərbaycanın neft mədənlərində işlər üçün 1960-70-ci illərdə inşa olunan katerlərdən istifadə edir. Onların əvəzlənməsi məqsədilə 10 il ərzində WSB01 (1547) layihəsinə əsasən 40 yeni gəminin, həmçinin digər layihələrə əsasən, o cümlədən sərnişin və personalı platformalara çatdırılması üçün 16 gəminin inşası nəzərdə tutulur”, - DBM-dən bildirilir.
2016-cı ilin dekabr ayında ASCO və DMB “Xəzər Dəniz Mühəndisliyi Bürosu”nu təsis edib. Büronun məqsədi layihə-konstruksiya, mühəndis-konstruksiya və dəniz nəqliyyatı sahəsində digər mühəndis işlərinin həyata keçirilməsidir. **
N.Abbasova