Xarici İşlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Kolumbiyanın Bakıda yeni təyin olunan səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsinin surətini qəbul edib.
“Kardenas ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib”, - XİN-in mətbuat xidməti məlumat verir.
Qeyd olunur ki, tərəflər iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər və insanlararası təmasların artırılması məqsədilə tələbə-müəllim mübadiləsinin vacibliyini vurğulayıblar. **
F.İsazadə