Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 22-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Mayın 22-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,8964 manat/1EUR səviyyəsində müəyyən edilib.
AMB mayın 22-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0264 manat/1RUB səviyyəsində müəyyən edib.**