İrəvan Ermənistanın daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirməyə cəhd edir. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bəyan edib.
“Ermənistan XİN-in “Arsenal” futbol klubunun erməni əsilli oyunçusu Henrix Mxitaryanın Bakıya səfər etməməsi ilə bağlı açıqlaması, bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir”, - L.Abdullayeva “İnterfaks-Azərbaycan”a bildirib.
O vurğulayıb ki, “Ermənistan XİN-in belə bir oyunda iştirak etməsi yalnız təəssüf doğurur”.
“Azərbaycan tərəfi UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak edəcək bütün oyunçuların, o cümlədən “Mxitaryanın, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin olunacağı barədə məlumat verib”, - o qeyd edib.
Abdullayeva vurğulayıb ki, Azərbaycan idmanla siyasəti eyniləşdirmir. “Azərbaycan ilk dəfə deyil ki, mötəbər idman yarışlarına ev sahibliyi edir və paytaxtımızda indiyədək keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar da iştirak ediblər”, - o bildirib.
Abdullayevanın rəyinə görə, İrəvanın bu addımı, Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında qeyd edildiyi kimi, xalqların sülhə hazırlanmasına hazır olmadığını aydın şəkildə nümayiş etdirdi.
“Əfsuslar olsun ki, Təəssüf ki, Ermənistan“Arsenal”ın erməni əsilli oyunçusunu öz təxribatçı məqsədləri üçün istifadə edir. Bu həm də onu nümayiş etdirdi ki, birinci növbədə Ermənistan xalqının sülhə hazırlanmağa ehtiyacı var. Ağlasığmaz və gülüncdür ki, Azərbaycanın işğal etdiyi ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistan Azərbaycanı rasizmdə ittiham edir. Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların sülh və tolerantlıq mühitində birgə yaşayışı bütün dünyaya yaxşı bəllidir”, - XİN-in rəsmi nümayəndəsi vurğulayıb.
Dünən “Arsenal” futbol klubunun yaydığı məlumata görə, erməni əsilli oyunçu Mxitaryan UEFA-nın Avropa Liqasının mayın 29-da keçiriləcək “Çelsi” klubuna qarşı final oyununda iştirak üçün Bakıya gəlməyəcək.
Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan Azərbaycanı Mxitaryanın təhlükəsizliyinin kifayət səviyyədə təminatına zəmanət verməməkdə və erməni əsilli pərəstişkarların ölkəyə girişinə qadağa qoymaqda ittiham edib. **
F.İsazadə