2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda 436 ədəd minik avtomobili istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-aprel aylarında avtomobil istehsalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə artıb. Bu artım ötən ilin aprel ayında Azərbaycanda minik avtomobillərinin istehsalnın bərpa olunması ilə əlaqədardır.
Cari ilin yanvar ayında 89 ədəd, fevralda 87 ədəd, martda 107 ədəd, apreldə 153 ədəd avtomobil istehsal olunub.
1 may 2019-cu il tarixinə anbarlarda 186 ədəd avtomobil var.
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 451 ədəd müxtəlif təyinatlı traktor (azalma 10,7%) istehsal olunub. Mayın 1-nə anbarlarda 158 ədəd traktor var.
Hazırda Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Bu gün avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.*
B.Rüstəmbəyov