“ASK Şüşə” MMC yeni istehsal xəttini istifadəyə verib. Bu barədə “İnterfaks-Azərbaycan”a ASK-dan məlumat verilir.
“Yeni istehsal xəttinin istifadəyə verilməsi zavodun gücünün 90%-dək çatdırılmasına imkan yaradacaq”, - ASK qeyd edib.
Zavodun istehsal gücü 80-85 mln. ədəd şüşə tara təşkil edir və müəssisədə 50-60 yeni iş yeri açılacaq.
“ASK Şüşə” MMC 2018-ci ilin fevral ayında yaradılıb və “Azərbaycan Sənaye Korporasiyası” (ASK) ASC-nin tərkibinə daxildir.
Müəssisə Bakı şəhərində 22 ha ərazidə yerləşir və İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilib. “ASK Şüşə” MMC yerli xammaldan istifadə etməklə yanaşı, Rusiya, Ukrayna və Türkiyədən də xammal alır. **
B.Rüstəmbəyov