2019-cu ilin yanvar-mart aylarında Azərbaycana 87,152 min ton mineral gübrə idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 9,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar-mart aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $28 mln. 696,6 min (artım 30,8%) təşkil edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $1 mln. 774,6 min dəyərində (azalma 34,9%) 7,437 min ton sement və sement klinkeri (azalma 39,6%) idxal edilib.
Yanvar-mart aylarında respublikaya $12 mln. 197 min dəyərində (artım 19,7%) 10,522 min ton (artım 38,2%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $41 mln. 757 min dəyərində 58,623 min ton metalyayma məhsulu (azalma 12,3%), $17 mln. 569 min dəyərində 32,145 min ton qara metaldan hazırlanan çubuqlar (artım 32,5%), $7 mln. 197 min dəyərində 10,077 min ton qara metaldan hazırlanan günyə (artım 40,2%), $62 mln. 444,9 min dəyərində 40,474 min ton qara metaldan hazırlanan boru (azalma 9,6%) idxal edilib.*
B.Rüstəmbəyov