“ConocoPhillips Exploration Azerbaijan Ltd” şirkəti Azərbaycanda filialını bağlayır.
“Filialın bağlanması ilə əlaqədar “ConocoPhillips Exploration Azerbaijan Ltd” iki ay ərzində kreditorlardan tələblərini qəbul edəcək”, - şirkətin elanında deyilir.
Xəbər verildiyi kimi, SOCAR və “ConocoPhillips Exploration Azerbaijan Ltd” 2011-ci ilin iyulunda “Azərbaycan Respublikası ərazisində quruda kəşfiyyatqabağı fəaliyyətə dair birgə tədqiqat Sazişi” imzalayıb.
Layihənin məqsədi - neft-qazlılıq baxımından yeni perspektiv strukturların aşkarlanması və gələcək axtarış-kəşfiyyat işlərinin perspektiv istiqamətlərinin müəyyən olunmasına, həmçinin regionların sosial-iqtisadi inkişafına köməklik göstərməkdir.
Ümumilikdə, hazırda “ConocoPhillips” Azərbaycanda neft-qaz müqavilələrin iştirakçısı deyil. Şirkət Xəzərin Azərbaycan sektorunda “Zəfər-Məşəl” perspketivli strukturda 20% iştirak payına malikdir. Layihə ilk kəşfiyyat quyusu qazılandan və layihənin operatoru “ExxonMobil”in kəşfiyyat işlərini davam etdirməkdən imtinasından sonra bağlandı. O cümlədən, “ConocoPhillips” 2,5% iştirak payı ilə “Bakı-Tbilis-Ceyhan” neft kəmərionin səhmdarı olub. Şirkət 2015-ci ildə bu payı “CIECO”-ya satıb. **
N.Abbasova