Azərbaycan Mədəniyyət Nazirliyi Gəncə şəhərində yerləşən Hüseyniyyə Tatlar məscidinin bərpası işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinə 49 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunan materiallara əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti “NKT-Bərpa” MMC ilə bu işlərin ixrasına dair müqavilə imzalayıb.
Müqavilənin dəyəri 48,911 min manat təşkil edir. **
R.Babayev