2018-ci ildə PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmalar 1 mlrd. 16,4 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ildə şirkətlərin dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmalar 467 mln. manat təşkil edib. Beləliklə, 2018-ci ildə neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmalar 2,18 dəfə artıb.
“Eyni zamanda, 2018-ci ildə neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmalar üzrə plan 7% və ya 66,4 mln. manat artıq icra olunub”, - hökumətdən qeyd ediblər.
Hökumətdən vurğulanıb ki, vergi ödənişlərinin artımı dünya bazarlarında neftin yüksək qiyməti ilə əlaqədardır. Neft-qaz şirkətləri üçün vergi ödənişləri üzrə plan bir barel neftin orta qiymətinin $55 səviyyəsindən hesablanıb. Baxmayaraq ki, 2018-ci ildə bir barel Azərbaycan neftinin faktiki orta qiyməti $73,1 təşkil edib.
Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyirlər.
Azərbaycan müstəqillik qazandıqdan sonra neft-qaz yataqlarının işlənməsi haqqında 30-dan artıq PSA tipli müqavilə imzalayıb. **
A.Əzizov