1 yanvar 2019-cu il tarixinə Azərbaycanın dövlət borcu 16 mlrd. 496,2 mln. manat və ya ÜDM-in 20,7%-i səviyyəsində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilir.
1 yanvar 2018-ci il tarixinə Azərbaycanın dövlət borcu 17 mlrd. 7,4 mln. manat təşkil edib. Beləliklə, 2018-ci ildə dövlət borcunun həcmi 3% azalıb.
“1 yanvar 2019-cu il tarixinə dövlət borcunun 92%-i (15 mlrd. 176 mln. manat) xarici borc, 8%-i (1 mlrd. 320,2 mln. manat) – daxili borcun payına düşüb. Eyni zamanda, ötən il xarici borcun həcmi 5% azalıb, daxili borc isə 28,3% artıb”, - hökumətdən vurğulayıblar.
2018-ci ilin sonuna adambaşına dövlət borcunun həcmi 1 min 653,9 min manat səviyyəsində qiymətləndirilir.
Hökumətin məlumatına görə, 2018-ci ildə xarici borcun xidmətinə xərclər 2 mlrd. 235 mln. 577,5 min manat təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 47,7% çoxdur.
Hökumətin qiymətləndirmələrinə əsasən, 2025-ci ildə dövlət borcunun həcmi $7,7 mlrd. və ya ÜDM-in 14,1%-dək azalmalıdır. **
A.Əzizov