2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 69,4 mln. ton yük daşınıb ki, bu da 2018-ci ilin yanvar-aprel aylarının göstəricisindən 2,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 79,9% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 20,1% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar-aprel aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artıb.
Hesabat dövründə dəmir yolu ilə 4,7 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,5% çoxdur.
Dəniz nəqliyyatı ilə 2 mln. 146,1 min ton (azalma 24,5%), avtomobil nəqliyyatı ilə 42,5 mln. ton (artım 2,4%), hava nəqliyyatı ilə 67,3 min ton (azalma 4,4%) müxtəlif yük daşınıb.
Yanvar-aprel aylarında daxili neft kəmərləri vasitəsilə 12 mln. 950,1 min ton neft (azalma 3%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
B.Rüstəmbəyov