Nur-Sultan və Bakı arasında münasibətlər Qazaxıstanın yeni rəhbərliyi dövründə dinamik inkişaf edəcək. Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev buna əmindir.
“Azərbaycandan 40-dan artıq müşahidəçi Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək. Həmin şəxslər MSK və Milli Məclisin nümayəndələridir. Bundan əlavə, beynəlxalq təşkilatlarda həmçinin azərbaycanlı nümayəndələr təmsil olunacaq”, - B.İsabayev bu gün mətbuat kofransında bildirib.
Onun sözlərinə görə, çox güman ki, Azərbaycanın nümayəndə heyətinə MSK sədri Məzahir Pənahov rəhbərlik edəcək.
“Əminik ki, ölkənin yeni rəhbərliyi dövründə Azərbaycanla Qazaxıstan arasında ikitərəfli, qardaşlıq münasibətləri dinamik inkişaf edəcək”, - səfir əlavə edib.
Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-na təyin olunub. **
F.İsazadə