Xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Azərbaycana yeni təyin olunmuş BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassettini qəbul edib. Bu barədə XİN-dən məlumat verilir.
“Məmmədyarov Frakassettini yeni təyinatı münasibətilə təbrik edərək, onun Azərbaycanla BMTİP arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirdi. Nazir ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla davam etdiyini vurğuladı və əlaqələrin daha da irəli aparılması üçün səylərin artırılmasının vacibliyi qeyd etdi”, - məlumatda deyilir.
Öz növbəsində, Frakassetti BMTİP sistemində aparılan struktur islahatları barədə məlumat verdi və fəaliyyəti müddətində əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı.
Həmçinin tərəflər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar. **
B.Rüstəmbəyov