Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar iqtisadiyyatın elastikliyinin və valyuta bazarının sabitliyinin dəstəklənməsində müsbət rol oynaya bilər, lakin iqtisadiyyatın enerji resurslarından asılılığı davam edəcək. “Moody`s”in ölkə riskləri üzrə analitiki Kristian Fanq belə hesab edir.
"Son illərdə Azərbaycanda müxtəlif iqtisadi islahatlar həyata keçirilib ki, bu da iqtisadiyyatın elastikliyinin və valyuta bazarının sabitliyinin dəstəklənməsində mühüm rol oynaya bilər", - deyə K.Fanq bu gün Bakıda “Moody`s”in Azərbaycanla bağlı illik konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan hələ də enerji resurslarından çox asılıdır. "Bu vəziyyət yaxın 25-30 il ərzində də davam edəcək", - deyə analitik əlavə edib.
K.Fanq deyib ki, Azərbaycan üçün neftin zərərsiz qiymətinin hazırda neftin orta qiymətindən xeyli aşağı olması, eləcə də və Qazaxıstan və BƏƏ kimi analoji reytinqli ölkələrdə neftin qiyməti ilə müqayisədə ucuz olması müsbət faktdır.*
Ə.Məmmədov