Azərbaycan prezidenti İlham Əliyev gələcəkdə Almaniya ilə ikitərəfli əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlərin olduğunu qeyd edir.
“Prezident Əliyev cümə axşamı Bakıda Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Almaniya şirkətlərinin ölkəmizdə müxtəlif layihələrdə iştirakının önəmini vurğuladı”, - dövlət başçısının saytında dərc olunan məlumatda deyilir.
Öz növbəsində Kahrs qeyd edib ki, Azərbaycana səfər çərçivəsində Bundestaqın nümayəndə heyəti xüsusilə Qəbələ rayonunda məcburi köçkünlər üçün yaradılan şəraitlə tanış olub. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkə olduğunu xüsusi vurğuladı.
“Görüşdə Bakı və Berlin arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.”, - məlumatda vurğulanır. **
R.Babayev