2019-cu ilin I rübündə Azərbaycan elektrik enerjisi ixracını 27,3%, idxalını 84,4% artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
I rübdə Azərbaycan $38 mln. 438,14 min məbləğində 891 mln. 211,27 min kVt/saat elektrik enerjisi ixrac edib.
2018-ci ilin yanvar-mart aylarında Azərbaycandan $33 mln. 907,7 min məbləğində 700 mln. 236,39 min kVt/saat elektrik enerjisi ixrac edilib. Beləliklə, 2018-ci ilin I rübündə elektrik enerjisi ixracının həcmi miqdar ifadəsində 27,3%, dəyər ifadəsində 13,4% artıb.
Xüsusilə Rusiyaya $3 mln. 279,75 min dəyərində (miqdar ifadəsində artım 2,3 dəfə) 57 mln. 308,65 min kVt/saat, Gürcüstana $34 mln. 396,32 min dəyərində (artım 3,4 dəfə) 818 mln. 959,92 min kVt/saat, Türkiyəyə $762,08 min dəyərində (azalma 27,5 dəfə) 14 mln. 942,7 min kVt/saat elektrik enerjisi ixrac olunub.
Azərbaycan cari ilin yanvar-mart aylarında $1 mln. 964,27 min dəyərində (2018-ci ilin I rübü ilə müqayisədə miqdar ifadəsində artım 84,4%, dəyər ifadəsində artım 2,1 dəfə - İF) 42 mln. 22,37 kVt/saat elektrik enerjisi idxal edib.
Rusiyadan $1 mln. 359,31 min dəyərində (miqdar ifadəsində artım 2,1 dəfə) 33 mln. 956,11 min kVt/saat, Gürcüstandan $604,96 min dəyərində 8 mln. 66,26 min kVt/saat elektrik enerjisi (2018-ci ilin yanvar-mart aylarında $0,32 min dəyərində 5,39 min kVt/saat) idxal olunub.
2018-ci ildə Azərbaycan $50 mln. 968,96 min dəyərində 1 mlrd. 160 mln. 196,03 min kVt/saat elektrik enerjisi ixrac edib, $4 mln. 224,86 min dəyərində 108 mln. 421,76 min kVt/saat elektrik enerjisi isə idxal edib.*
N.Abbasova