Azərbaycan 2019-cu ilin birinci rübündə $1 mln. 476,4 min dəyərində şərab və üzüm suslosu ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"Yanvar-mart aylarında Azərbaycan $1 mln. 476,4 min dəyərində 101,87 min dekalitr şərab və üzüm suslosu ixrac edib. 2018-ci ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 14% azalıb, dəyər ifadəsində 0,05% artıb", - hökumətdən bildirilir.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Belə ki, 3 ay ərzində bu ölkəyə $1 mln. 270,53 min dəyərində (artım 10,7%) 96,67 min dekalitr (azalma 15,9%) şərab ixrac edilib 2018-ci ildə Azərbaycan $7 mln. 561,96 min dəyərində şərab və üzüm suslosu ixrac edib.
Ötən il Azərbaycanda 1,5 mln. dekalitr şərab məhsulları istehsal edilib. 2017-ci illə müqayisədə istehsal 48,9% artıb.
Şərab məhsullarının ixrac həcminin 2026-cı ilədək 1,875 mln. dekalitrədək artırılması qarşıda duran əsas vəzifələrdən biridir.
2017-ci ildə Azərbaycan üçün əsas ixrac bazarı Rusiya olub. Bu ölkəyə 338 min dekalitr şərab ixrac edilib.**
B.Rüstəmbəyov