2018-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) xalis mənfəəti 10,433 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 2,7 dəfə çoxdur.
Bu barədə Palatanın 2018-ci ildə fəaliyyətinin yekunlarına dair maliyyə hesabatında deyilir.
Hesabata əsasən, ötən il MBNP-nin əsas əməliyyat gəlirləri 20,781 mln. manat (artım 36,9%), əsas əməliyyat xərcləri isə 10,135 mln. manat (azalma 6,9%) təşkil edib.
2018-ci ilin sonuna olan məlumata görə, Palatanın aktivləri 21,335 mln. manat (artım 45,7%) məbləğindədir, pul vəsaitlərində və onların ekvivalentlərində 9,306 mln. manat, kredit təşkilatlarından cəlb edilmiş vəsaitlərdə 8 mln. manat toplanıb.
2019-cu ilin əvvəlinə MBNP-nin məcmu kapitalı 20,269 mln. manata (artım 50,4%), nizamnamə kapitalı 5 mln. manata (dəyişməyib), öhdəlikləri 1,066 mln. manata (azalma 8,6%) bərabərdir.
Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs 2016-cı ilin mart ayında yaradılıb. Palata Azərbaycanda maliyyə bazarlarının peşəkar iştirakçılarının fəaliyyətini tənzimləyir.*
Ə.Məmmədov