2098-cu ilin birinci rübündə Azərbaycan $38 mln. 367,73 min məbləğində fındıq ləpəsi ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Yanvar-mart aylar ərzində $38 mln. 367,73 min məbləğində 7,06 min ton fındıq ixrac olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə say ifadəsində ixrac 57,3%, dəyər ifadəsində 61,8% artıb”, - hökumətdən bildiriblər.
Hesabat dövründə əsas meşə fındığı ixracatçıları arasında Rusiya, Almaniya və İtaliya yer alıb.
Xüsusilə, 3 ay ərzində Rusiyaya $15 mln. 870,8 min məbləğində 3,213 min ton, İtaliyaya $9 mln. 986,63 min məbləğində 1,71 min ton, Almaniyaya $8 mln. 440,78 min məbləğində 1,447 min ton fındıq ixrac olunub. Qalan həcm digər ölkələrə həcmin payına düşüb.
2018-ci ildə Azərbaycan $93 mln. 507,25 min məbləğində 18,223 min ton fındıq ləpəsi ixrac edib. **
B.Rüstəmbəyov