Azərbaycan və Çin XİN başçıları Elmar Məmmədyarov və Van İ bəyan edirlər ki, Bakı və Pekin bir-birilərinin ərazi bütövlüyünə dəstəyin göstərilməsinə dair öz prinsipial mövqelərini dəyişməz saxlayırlar.
Cümə axşamı Məmmədyarov Van İ ilə görüşüb.
“Görüşdə həmsöhbətlər hər iki tərəfin bir-birilərinin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə birmənalı dəstəyin göstərilməsinə dair öz prinsipial mövqelərini dəyişməz saxladıqlarını bəyan ediblər”, - Azərbaycan XİN-in mətbuat xidməti məlumat verir.
Məmmədyarov və Van İ vurğulayıblar ki, Azərbaycan-Çin münasibətləri möhkəm siyasi və beynəlxalq hüquqi əsasları mövcuddur, əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.
“Tərəflər bildirdilər ki, Azərbaycan Çinin Avrasiya məkanında əsas tərəfdaşlarından biridir və “Bir Kəmər, Bir Yol” layihəsinin icrasında fəal iştirak edir. Şərq və Qərbi, Asiya və Avropanı birləşdirən bu layihənin icrası artıq iki ölkənin və bütövlükdə regionun xalqları üçün bir sıra nəticələr və maddi faydalar gətirib. Bu xüsusda, “Bir Kəmər, Bir Yol” strategiyası çərçivəsində Trans-Xəzər Nəqliyyat Dəhlizinin vacibliyi bir daha vurğulandı”, - məlumatda deyilir.
Məmmədyarov və Van İ bu prosesin dinamik davam etdirilməsinin birgə inkişaf və rifah maraqlarına uyğun olaraq, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın ardıcıl şəkildə dərinləşdirilməsinə kömək edəcəyinə əminlik ifadə etdilər. **
F.İsazadə