Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında təşkil etdiyi iftar mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə İlham Əliyevə dərin minnətdarlığını bildirdi.
Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayev və Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete çıxış etdilər.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Sonra iftar süfrəsi açıldı. **
Ə.Məmmədov