Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC Data Center üçün ekspert xidmətləri göstərəcək şirkət seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə lazımi texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilər.
Tenderdə iştirak haqqı 2 min manatdır.
Tender təklifləri 12 iyul saat 17:00-dək qəbul olunur. Tender proseduru 15 iyul saat 15:00-da baş tutacaq.
“AzInTelecom” MMC-nin operatoru olduğu Data Center 2016-cı ilin dekabr ayında açılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 2015-ci ilin iyun ayında yaradılıb. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və sair xidmətlərdən ibarətdir.*
N.Abbasova