Azərbaycan 2019-cu ilin I rübündə ümumilikdə $5 mln. 707,24 min dəyərində qaz və elektrik sayğacları idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Cari ilin yanvar-mart aylarında Azərbaycana $3 mln. 780,75 min dəyərində 63,203 min ədəd qaz sayğacı idxal olunub.
Sayğaclar Almaniya, Çin, Fransa, Niderland, Sloveniya və Türkiyədən tədarük olunub. İdxalın əsas həcmi Fransanın ($2 mln. 983,98 min dəyərində 33,314 min ədəd) və Çinin ($691,2 min dəyərində 28,8 min ədəd) payına düşüb.
I rübdə Azərbaycana, həmçinin $1 mln. 926,49 min dəyərində 57,561 mn ədəd elektrik sayğacı da idxal olunub. Tədarük İtaliya, Niderland, Çin və Türkiyədən həyata keçirilib. İdxalın əsas həcmi Türkiyənin ($341,6 min dəyərində 33,765 min ədəd) və Çinin ($1 mln. 578,15 min dəyərində 23,786 min ədəd) payına düşür.
2018-ci ildə ölkəyə $11 mln. 806,28 min dəyərində 169,028 min ədəd qaz sayğacı və $8 mln. 223,14 min dəyərində 294,142 min ədəd elektrik sayğacı idxal olunub.*
N.Abbasova