Azərbaycan 2019-cu ilin I rübündə Qazaxıstandan $37 mln. dəyərində 195,4 min ton buğda alıb. Bu barədə Qazaxıstanın LS agentliyi məlumat yayıb.
Azərbaycan cari ilin yanvar-mart aylarında Qazaxıstan buğdasının idxal həcminə görə üçüncü pillədə qərarlaşıb.
Bütövlükdə, Qazaxıstan yanvar-mart aylarında $297,8 mln. dəyərində 1,7 mln. ton buğda və meslin ixrac edib. 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə buğdanın ixrac həcmi 3,1% artıb.
Hesabat dövründə Qazaxıstan buğdasının əsas alıcıları sırasında Özbəkistan ($96,3 mln. dəyərində 622,9 min ton), Tacikistan ($46,4 mln. dəyərində 252,5 min ton), Əfqanıstan ($19,5 mln. dəyərində 106,1 min ton), Çin ($16,9 mln. dəyərində 83,4 min ton), Türkmənistan ($14,2 mln. dəyərində 79,1 min ton), İtaliya ($13,9 mln. dəyərində 71,5 min ton), Türkiyə ($11,9 mln. dəyərində 70,6 min ton və Rusiya da ($11,4 mln. dəyərində 53,1 min ton) olub.*
B.Rüstəmbəyov