Mayın sonunda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva məlumat verib.
“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunan konfransda qeyd etdiyi kimi, mayın sonunda həmsədrlərin regiona səfəri planlaşdırılır”, - Abdullayeva bildirib.
Eyni zamanda, “İnterfaks-Azərbaycan”a diplomatik mənbələrən məlum olub ki, həmsədrlər səfərə Ermənistandan başlamağı planlaşdırırlar.
“Səfər gələn həftə başlayacaq. Öncə həmsədrlər Ermənistana səfər edəcəklər, daha sonra Azərbaycana gələcəklər. Onların Dağlıq Qarabağa səfər edib və ya etməyəcəkləri hələlik məlum deyil”, - mənbə agentliyinə bildirib. **
Ə.Məmmədov