“Meliorasiya və Su Təsərrüfatı” ASC bir sıra rayonların ərazisində meliorativ tədbirlərin layihə-smeta sənədlərinin hazırlanması haqqında müqavilə imzalayıb.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, “Meliorasiya və Su Təsərrüfatı” ASC Türkiyənin “Temelsu uluslararasi muhendislik hizmetleri Anonim Sirketi”nin Azərbaycandakı filialı ilə müvafiq müqavilə imzalayıb.
Müqaviləyə əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində yerləşən qış otlaq sahələrində və bataqlaşmış ərazilərdə meliorativ tədbirlərin layihə-smeta sənədləri hazırlanacaq.
Müqavilənin dəyəri 6,27 mln. manatdır.*
B.Rüstəmbəyov