Bu gün Tbilisidə “Gürcüstan Dövlət Elektrik Sistemləri” SC-nin baş ofisində Gürcüstan, Azərbaycan və Rusiyanın elektrik ötürmə sistemlərinin operatorlarının işçi görüşü keçirilib.
“Gürcüstan Dövlət Elektrik Sistemləri” SC-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə hər üç ölkənin elektrik sistemlərinin birləşdirilməsi imkanlarının öyrənilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.
“Elektrik ötürmə sistemlərinin operatorları elektrik birləşmələrinin gücləndirilməsi üçün əlaqələndirilmiş addımları planlaşdırıblar, elektrik enerjisinin ötürülməsi mexanizmlərini və paralel rejimdə işin texniki detallarını müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Birgə dairəvi elektrik enerjisi sistemi Gürcüstan, Azərbaycan və Rusiya elektrik enerjisi sisteminin dayanıqlı fəaliyyətini təmin edəcək, elektrik enerjisinin idxal və ixracını artırmağa imkan yaradacaq.*